Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 7-8-də ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Day.Az-а verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 11,9 kiloqrama yaxın heroin, 21,9 kiloqramdan çox marixuana, 141 qram metamfetamin olub.
Â
Həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 43 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 11,4 ton çəkidə 54 min ədəd çətənə kolu isə məhv edilib.