"Football-plus.az" xəbər verir ki, bu barədə "voetbalprimeur.be" nəşri məlumat yayıb.
Həmkarlarımızın iddiasına görə, Belçikanın "Standard" klubu heyətini məhz Toralla gücləndirmək eşqinə düşüb.
Bəs klub bununla bağlı ilkin addımlar atıbmı? Tərəflər arasında danışıqlar prosesinə start verilibmi?
Bu suallarla menecer Tural Əsgərova müraciət etdik. Onun "Football-plus az"a cavabı:
"Məndə belə məlumat yoxdu. Bəlkə də "Standart" birbaşa "Qarabağ"la əlaqə saxlayıb. Ancaq bu məsələ ilə bağlı Toralla hansısa müzakirə aparılmayıb. Futbolçunun özünə təklif gəlsə, xəbərim olardı".
Xatırladaq ki, Toralın Ağdam təmsilçisiylə müqavilə müddəti 2026-cı ilin yayında başa çatacaq.KƏNAN BAHADIR