EN

Naxçıvan şəhəri üzrə respublikanın ən yaxşı MƏKTƏBLƏRİ

Naxçıvan şəhərinin, eləcə də rayonlarının respublika üzrə ən yaxşı məktəblərinin siyahısı təqdim edilib.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent 12” jurnalından əldə etdiyi məlumata görə, Naxçıvan şəhəri üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 984 şagird bitirib və onların 981 nəfəri buraxılış imtahanında iştirak edib.

Şəhərin məzunlarının 122 nəfəri 500-dən, o cümlədən 45 nəfəri 600-dən yuxarı bal toplayıb.

Abituriyentlərin ən çoxu Naxçıvan Dövlət Universitetinə qəbul olub.

Respublika üzrə yaxşı nəticə göstərən məktəblərin sırasına bu il şəhərin Naxçıvan şəhər qızlar liseyi, Naxçıvan Qarnizonu tam orta məktəbiHeydər Əliyev adına məktəbi daxil olub.

 

Naxçıvan Muxtar Respublikasının Babək rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 650 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib.

Rayonun məzunlarının 46 nəfəri 500-dən, o cümlədən 10 nəfəri 600-dən yuxarı bal toplayıb.

Abituriyentlərin ən çoxu Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutuna qəbul olub.

Respublika üzrə yaxşı nəticə göstərən məktəblərin sırasına bu il şəhərin Babək şəhər 2 saylı orta məktəbi, S.Nadirli adına Zeynəddin kənd və Y.Sadiqov adına Yarımca kənd orta məktəbi daxil olub.

 

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 347 şagird bitirib və onların 345 nəfəri buraxılış imtahanında iştirak edib.

Rayonun məzunlarının 32 nəfəri 500-dən, o cümlədən 14 nəfəri 600-dən yuxarı bal toplayıb.

Abituriyentlərin ən çoxu Naxçıvan Dövlət Universitetinə qəbul olub.

Respublika üzrə yaxşı nəticə göstərən məktəblərin sırasına bu il rayonun 2 saylı şəhər,Əlincə kənd, Milax kənd, Xanəgah kənd və Saltaq kənd tam orta məktəbləri daxil olub.

 

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 334 şagird bitirib və onların hamısı buraxılış imtahanında iştirak edib.

Rayonun məzunlarının 31 nəfəri 500-dən, o cümlədən 11 nəfəri 600-dən yuxarı bal toplayıb.

Abituriyentlərin ən çoxu Naxçıvan Dövlət Universitetinə qəbul olub.

Respublika üzrə yaxşı nəticə göstərən məktəblərin sırasına bu il şəhərin rayonun 3 saylı tam orta məktəbi və M.Füzuli adına tam orta məktəbi daxil olub.

 

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 149 şagird bitirib və onların 147 nəfəri buraxılış imtahanında iştirak edib.

Rayonun məzunlarının 22 nəfəri 500-dən, o cümlədən 8 nəfəri 600-dən yuxarı bal toplayıb.

Abituriyentlərin ən çoxu Naxçıvan Dövlət Universitetinə qəbul olub.

Respublika üzrə yaxşı nəticə göstərən məktəblərin sırasına bu il rayonun 1 saylı tam orta məktəbi daxil olub.

 

Naxçıvan Muxtar Respublikasının Şərur rayonu üzrə 2024-cü ildə şəhərin ümumtəhsil müəssisələrini 625 şagird bitirib və onların 622 nəfəri buraxılış imtahanında iştirak edib.

Rayonun məzunlarının 56 nəfəri 500-dən, o cümlədən 14 nəfəri 600-dən yuxarı bal toplayıb.

Abituriyentlərin ən çoxu Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutuna qəbul olub.

Respublika üzrə yaxşı nəticə göstərən məktəblərin sırasına bu il rayonun Fizika-riyaziyyat təmayüllü liseyi və Qorçulu kənd tam orta məktəbi daxil olub.

Chosen
98
26
azedu.az

10Sources