EN

“Mançester Siti” Əlcəzair millisinin üzvünü transfer etdi

Əlcəzair millisinin üzvü Rayan Ait-Nuri karyerasını “Mançester Siti”də davam etdirəcək. Msport.az xəbər verir ki, İngiltərə klubunun rəsmi saytı bu haqda məlumat yayıb.

Bu gün 24 yaşlı müdafiəçinin rəsmi təqdimat mərasimi keçirilib. “Şəhərlilər” Ait-Nurinin keçidinə görə 40 milyon avro ödəyib. O, “Mançester Siti” ilə 5 illik müqaviləyə imza atıb.

Ait-Nurinin “Vulverhempton”la müqaviləsi 2026-cı ilin yayına qədər idi. O, “siti”nin bu yay ilk transferi olub.

Chosen
139
msport.az

1Sources