Kaliforniya ştatının qubernatoru Qevin Nyusom Tramp Administrasiyasını məhkəməyə verəcək.
Operativ Media xəbər verir ki, Qevin Nyusom ABŞ Prezidenti Donald Trampın etiraz aksiyaları ilə bağlı Milli Qvardiyanın əsgərlərini Los-Ancelesə göndərməsinə etiraz olaraq bu addımı atacaq
Demokratlar Partiyasından olan qubernator bu addımı qeyri-leqal, qeyri-əxlaqi və konstitusiya əleyhinə hərəkət adlandırıb.
O bildirib ki, Prezident belə bir əmr verməzdən əvvəl ştatın qubernatoru ilə razılşdırmalı idi.
Sonuncu dəfə ABŞ-da Prezident 1965-ci ildə qubernatorun icazəsi olmadan Milli Qvardiyadan istifadə edib.