EN

Gümüşün qiyməti 37 dolları keçib

Bakı. Trend:

2025-ci ilin iyul ayında tədarük üçün nəzərdə tutulan gümüşfyuçerslərinin qiyməti Comex birjasında (Nyu-York əmtəə birjasınınbölməsi) 29 fevral 2012-ci ildən bəri ilk dəfə 37 dolları ötüb.

Trend-in məlumatına görə, bu barədə ticarət platformasındanməlumat verilib.

Məlumata əsasən, gümüş qiyməti 1 troy unsiyası üçün 37,025dollar (+2,41%) təşkil edib. Bakı vaxtı ilə saat 22:54-də gümüşünqiyməti artımını azaldaraq 36,985 dollar (+2,35%) səviyyəsindəolub.

Eyni zamanda, 2025-ci ilin avqustunda çatdırılma üzrə qızılfyuçerslərinin qiyməti 0,69% artaraq 1 troy unsiyası üçün 3 353,5dollar təşkil edib.

Chosen
287
4
az.trend.az

10Sources