EN

Ronaldonun övladları ona niyə lağ edirlər? – Bundan sonra…

Kriştiano Ronaldo övladlarının onu necə məsxərəyə qoyduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, Ronaldo bu barədə Millətlər Liqasının finalından sonra “Sport TV”-yə danışıb.

“Əzab, göz yaşları. Bu xüsusi bir şeydir. Ölkəmiz üçün, burada stadiona toplaşan portuqaliyalılar üçün, Portuqaliyada olub bizə dəstək olanlar üçün…

Uşaqlarım ispaniyalıdır və evdə həmişə mənə lağ edirlər və məni əsəbiləşdirmək üçün “İspaniya” mahnısını oxuyurlar. İndi atalarının İspaniyanı döydüyünü görüb ona daha çox hörmət edəcəklər Buna görə də bu, xüsusidir və mən çox xoşbəxtəm (gülür), – Ronaldo deyib.

Chosen
129
50
publika.az

10Sources