EN

Kürəyə banka qoymaq zərərlidir? - AÇIQLAMA

Tanınmış həkim Seyfəddin Əsəd kürəyə banka qoymağın ziyanlı olması barədə fikirlərə münsibət bildirib.

 

Həkim Pravda.az-a açıqlamasında deyib ki, insanların narahatlığına ehtiyac yoxdur.

 

SOS:

 

O bildirib ki, kürəyə iki cür banka tətbiq edilir:

 

“Biri adi şüşə bankadır. Bu bankaları kürəyə qoyarkən sürüşdürürsən, yeri qaralır, bəzi hallarda qaralmır. Burada dəri altına qan yığılması, onun çıxarılması söhbəti yoxdur. Dəri altında qanın qalması ziyanlı deyil. Bütün hallarda banka bədənə, orqanizmə kömək edir. İkinci növ banka üsulu hicamadır. Hicama plastik banka ilə tətbiq edilir. Xüsusi aparatla bankanın havasını çəkirsən, həmin nahiyə şişir. Bu zaman ülgüclə şişən hissə çərtilir, üzərinə yenidən banka qoyulur. Aparatla bankanın havası çəkilir və çərtilən hissədən qanı sovurur. Banka yerli qan dövranını yaxşılaşdırır. Yəni bankanın heç bir ziyanı yoxdur. Hansı formada istifadə etsəniz, xeyirlidir”.

 

Aytəkin Qardaşova

Tarix: 10 İyun 2025, 08:11   
Chosen
59
12
pravda.az

10Sources