EN

"Bank of America": Ər-RiyadABŞ şist neftinə qarşı qiymət müharibəsinə başlayır

BAKI, 10 iyun. TELEQRAF

Səudiyyə Ərəbistanı ABŞ-nin yüksək istehsal xərcləri ilə üzləşən şist nefti istehsalçılarını sıxışdırmaq məqsədilə neft bazarında pay uğrunda uzunmüddətli və mərhələli qiymət müharibəsinə start verib.

Teleqraf xəbər verir ki, bu barədə "Bank of America" -nın xammal məhsulları üzrə tədqiqatlar şöbəsinin rəhbəri Fransisko Blanş "Bloomberg"ə müsahibəsində bildirib.

“Bu qiymət müharibəsi qısa müddətli və kəskin deyil, daha çox uzunmüddətli və tədrici olacaq,” – deyə Blanş qeyd edib.

Onun sözlərinə görə, strategiyadakı dəyişiklik artıq nəticələr verir: "Baker Hughes" şirkətinin ABŞ-da neft hasilatı ilə bağlı son məlumatları son dörd ilin ən az sayda qazma qurğusunu göstərir.

Qeyd edək ki, 31 may tarixində neft hasilatının könüllü azaldılması ilə bağlı razılaşmada iştirak edən səkkiz OPEC+ ölkəsi iyulda hasilatın yuxarı həddini əlavə 411 min barel/gün artırmaq qərarına gəlib. Bu qərar, hasilatın mərhələli şəkildə artırılmasını nəzərdə tutan ilkin üç aylıq planla uzlaşır. Avqust ayı üzrə hasilat planının müzakirə olunacağı növbəti OPEC+ görüşü isə 6 iyula təyin edilib.

Chosen
118
4
teleqraf.com

10Sources