EN

Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq

Naxçıvan şəhərinin bəzi yerlərində iyunun 10-da içməli suyun verilişi dayandırılacaq...

"Report"un yerli bürosunun məlumatına görə, Naxçıvan şəhəri, Babək məhəlləsi, Hacıniyyət kəndi, 6-cı məhəlləni içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar iyunun 10-u saat 10:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

İşlər gün ərzində yekunlaşdırılacaq.

Poliqon.info 

Chosen
68
50
poliqon.info

10Sources