2026-cı ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatının təqvimi bəlli olub.
Operativ Media xəbər verir ki, yarışın rəsmi saytında Azərbaycan Qran-prisinin hansı tarixdə keçiriləcəyi açıqlanıb.
Bakıdakı yarış 25-27 sentyabrda təşkil olunacaq.
Azərbaycanda keçiriləcək yarış "Formula 1"in 17-ci raunduna təsadüf edəcək.