EN

İyunun 15-də Omanda İran-ABŞ nüvə razılaşması üzrə danışıqların 6-cı raundu keçiriləcək

İran və ABŞ arasında dolayı danışıqların növbəti raundunun gələn bazar günü Maskatda keçirilməsi planlaşdırılır.

Editor.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi deyib.

İran Xarici İşlər Nazirliyinin Teleqram kanalında yayılan bəyanatda deyilir: “Görülən məsləhətləşmələri nəzərə alaraq, İran və ABŞ arasında dolayı danışıqların növbəti raundunun bazar günü Maskatda keçirilməsi planlaşdırılır”.

Bekayi həmçinin İranın xarici işlər naziri Abbas Arakçının Oslo Forumunda iştirak etmək üçün 11-12 iyun tarixlərində Norveçə səfər edəcəyini açıqlayıb.

//Gülnarə Abasova, Editor.az

Chosen
109
39
editor.az

10Sources