EN

Peyvənd olunan uşaqla olmayan uşaq arasında hansı fərqlər var?

Bakı. Trend:

Peyvənd olunmuş uşaqların həm fiziki, həm də psixi sağlamlıqgöstəriciləri peyvənd olunmamış uşaqlarla müqayisədə daha stabildirvə daha yüksək olur. Peyvəndlər uşaqları ağır yoluxucuxəstəliklərdən qoruyur və beləliklə, tez-tez xəstələnmənin vəuzunmüddətli fəsadların qarşısını alır.

Trend xəbərverir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”dapediatr Regina Nemətova açıqlayıb.

Onun sözlərinə görə, beynəlxalq tədqiqatlara görə, peyvəndolunmuş uşaqlar daha az xəstələndikləri üçün məktəb və bağçayadavamiyyətləri daha yüksək olur:

“Sağlamlıq imkanlarının yaxşı olması, onların gündəlikaktivliklərini, oyun və təhsil fəaliyyətlərini daha rahat şəkildədavam etdirməsinə imkan yaradır. Bununla yanaşı, bədən müqavimətiyüksək olan uşaqlarda iştaha və yuxu rejimi də daha sabit olur.Peyvənd olunmuş uşaqlarda pnevmoniya, qulağa iltihab, rotavirusdiareyası, meningit kimi ağırlaşmaların riski xeyli az olur.Peyvənd olunmamış uşaqlar isə bu cür xəstəlikləri daha ağır keçirirvə bəzən xəstəxana şəraitində müalicəyə ehtiyac qalır”.

R. Nemətova bildirib ki, psixi sağlamlıq baxımından da peyvəndolunmuş uşaqlar daha stabil olurlar:

“Tez-tez xəstələnən uşaqlarda xəstəxana mühiti, iynələr,uzunmüddətli müalicələr psixoloji narahatlığa, qorxu və gərginliyəsəbəb ola bilər. Bu da uşağın gündəlik həyatına və sosialdavranışına təsir edə bilər. Nəticə etibarilə, peyvənd uşağın ümumifiziki və emosional sağlamlığının qorunması üçün etibarlı və elmiəsaslı üsuldur. Sağlam uşaq — cəmiyyətin sağlam gələcəyidir”.

Chosen
96
6
az.trend.az

10Sources