EN

“Sülh müqaviləsinin bağlanması an məsələsidir” -Politoloq

” Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması an məsləsidir. Hər iki tərəf sülh müqaviləsinin bağlanmasında müəyyən mənada maraqlıdır. Ancaq indiki halda rəsmi İrəvan havadarları vasitəsilə danışıqları sona çatdırmaqdan qaçır.” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan sülh mühaqivələsinin bağlanması üçün müəyyən addımlar atır.
“Paşinyanın bu addımları müəyyən mənada alqışlanmalıdır. Sözsüz Paşinyan Ermənistan cəmiyyətini sülhə hazırlamaq istəyir. Amma reallıq onu deməyə əsas verir ki, Paşinyan bu gün özü hədəfə çevrilib. Sülh müqaviləsinin bağlanması Ermənistan cəmiyyətinin sosial durumunu kəskin şəkildə dəyişdirə bilər. Lakin görünən odur ki, Qərbə bağlı qüvvələr sülh müqaviləsinin bağlanmasını istəmir və məhz buna görə Paşinyan hədəfə alınıb.Ümumilikdə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi bir fürsətin olduğu qeyd olunur. Danışıqlar prosesində müəyyən irəliləyişlər əldə edilsə də, hələ də həllini gözləyən mühüm məsələlər var. Hər iki tərəfin qarşılıqlı güzəştlərə getməsi və siyasi iradə nümayiş etdirməsi sülh müqaviləsinin yaxın zamanda imzalanması üçün həlledici əhəmiyyət kəsb edir.”- deyə Arzuman Muradlı bildirib.

Chosen
31
42
moderator.az

10Sources