EN

Milliyə baş məşqçi təyinatı nə vaxt olacaq? – AFFA-dan açıqlama

Azərbaycanda keçiriləcək MDB oyunlarında çıxış edəcək 16 yaşlılardan ibarət millimizin baş məşqçisi hələ də açıqlanmayıb.

Yığma komandamız ən qısa vaxtda yarış üçün hazırlıqlara başlamalıdır. Millimizin bu ayın 15-də təlim-məşq toplanışı keçirilməsi nəzərdə tutulub. Ancaq AFFA rəhbərliyi hələ də yığmaya baş məşqçi təyin etməyib.

Məsələ ilə bağlı federasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq. O, İdmanxeber.az saytnına bu açıqlamanı verdi:

“U-16 milli komandası müvəqqəti olaraq Aqil Nəbiyevə tapşırılıb. Ötən ay komanda iBakıda ki yoxlama oyunu keçirib. Milliyə baş məşqçi təyinatına gəlincə, bu, AFFA İcraiyyə Komitəsinin səlahiyyətində olan məsələdir”.

Həsən Quluzadə 

Chosen
400
50
idmanxeber.az

10Sources