Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Terrorçuluq barədə yalan məlumat verməkdə təqsirləndirilən Cəmaləddin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakıvaxtı.az Report-a iostinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihamda qeyd olunub ki, Cəmaləddin Cəfərov bu il yanvarın 29-da taksafonla Daxili İşlər Nazirliyinin "102" telefon qaynar xəttinə zəng edərək Sahil Metrostansiyası yaxınlığında olan hotelə partlayıcı maddə qoyulması barədə yalan məlumat verib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
O, ittiham üzrə təqsirli bilərək əməlindən peşman olduğunu deyib.
Prokuror onun 6 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.Hökmə əsasən, Cəmaləddin Cəfərov 5 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Cəmaləddin Cəfərov Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.