EN

Bakıda türk ticarət sərgisi keçirilib

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

İyunun 10-12-də Bakı Ekspo Mərkəzində II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq sərgisi keçirilib.

Oxu.Az-ın verdiyi məlumata görə, sərgidə türk dövlətlərinin brendləri təqdim edilib.

Sərginin təşkilatçısı "ROK Expo" şirkətinin rəhbəri Aygün Əliyeva bildirib ki, məqsəd son 30 ildə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək, dünya miqyasında birliyimizi möhkəmləndirmək üçün mühüm addımlar atmaqdır:

"Türk Ticarət və Sənaye Palataları Birliyinin yaradılması ilə bu əməkdaşlıq daha da dərinləşdi. Bu gün biz enerji, turizm, rəqəmsallaşma, kosmik tədqiqatlar və digər sahələrdə birgə fəaliyyət göstəririk.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Türk dövlətləri arasında iqtisadi əməkdaşlıq, ümumi inteqrasiya və firavanlıq üçün vacib, dinamik istiqamətlər var.

Bu əməkdaşlıqdan özəl sektorun da faydalanması üçün biz "Türk Ticarət Sərgisi" layihəsini yaratdıq. Bu platforma TDT-yə üzv ölkələr arasında işgüzar əlaqələrin inkişafına xidmət edir".

Tədbirdə, həmçinin, Şimali Kipr Türk Respublikasının iqtisadiyyat naziri Olgun Amcaoğlu da çıxış edərək sərginin türk dövlətləri üçün əhəmiyyətindən danışıb.

Elçin Aslangil

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
76
12
oxu.az

10Sources