EN

SOCAR ın “yaşıl” təyinatlı istiqrazlarının ilk faiz ödənişi edilib

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

“SOCAR Capital” şirkətindən verilən məlumatda bildirilib ki, 1-ci faiz ödənişi nəticəsində 3 milyon ABŞ dolları məbləğində vəsait artıq istiqraz sahiblərinin hesablarına köçürülüb. Ölkəmizin “yaşıl” enerji sahəsində atdığı geniş və məqsədyönlü addımlara töhfə vermək məqsədilə SOCAR tərəfindən 2025-ci ilin 15 yanvar tarixində satışa buraxılmış “yaşıl” təyinatlı istiqrazlar investorların böyük marağına səbəb olub. Martın 7-dən etibarən təkrar bazar əməliyyatlarına start verilən və daxili kapital bazarlarında növbəti dəfə böyük canlanmaya səbəb olan SOCAR-ın “yaşıl” istiqrazları ilə Bakı Fond Birjasında (BFB) bu günədək 13.8 milyon ABŞ dolları məbləğində 330-dan çox əqd bağlanıb. SOCAR-ın tədavüldə olan istiqrazları cari il ərzində BFB-də korporativ istiqrazlar üzrə baş tutan əqdlərin 66,5%-ini təşkil edib. “ABB İnvest” İnvestisiya Şirkətinin marketmeykeri olduğu SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları illik 6% gəlirliliklə 5 illik müddətə buraxılıb. İstiqrazlar bütün vergilərdən azaddır, kupon ödənişləri hər 3 aydan bir ödənilir və müddətin sonunda sahiblərinə ümumilikdə 60 milyon ABŞ dolları gəlir qazandıracaq. Xatırlatmaq istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatları yalnız *1999 çağrı nömrəsi, socarcapital.az, socaristiqraz.az veb-saytları, 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri və ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür. AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Chosen
21
10
azvision.az

10Sources