EN

Müəllim olmaq istəyənlər müsahibədən 60 bal toplamalıdır...

Türkiyədə müqavilə əsasında müəllimlərin işə qəbulu üzrə şifahi imtahanlar iyunun 23-də başlayacaq. Bu barədə Türkiyə Milli Təhsil Nazirliyi məlumat yayıb.

 

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, imtahanlar Ankara, Bursa, Ərzurum, İstanbul və Konya şəhərlərində təşkil olunacaq. Namizədlər hər bir ixtisas üzrə müəyyən edilmiş mərkəzlərə yönləndiriləcək.

 

İmtahana giriş sənədləri iyunun 13-dən etibarən “meb.gov.tr” saytında yayımlanacaq. Namizədlər sənədləri Elektron Hökumət şifrələri ilə əldə edə biləcəklər.

 

Şifahi imtahanda iştirak etmək üçün fotoşəkilli giriş sənədi və etibarlı şəxsiyyət sənədi tələb olunur. Digər sənədlər (məsələn, tələbə bileti və ya başqa qurumlara aid vəsiqələr) keçərli sayılmayacaq.

 

Namizədlərin imtahan nəticələri, verdikləri şifahi cavablar əsasında dəyərləndiriləcək. Qiymətləndirmə “Namizədin Qiymətləndirmə Forması” üzrə aparılacaq və namizədlərin bütün suallara cavab verməsi tələb olunacaq.

 

60 və daha yuxarı bal toplayan namizədlər uğurlu hesab olunacaqlar.

 

İmtahan nəticələri bütün proses başa çatdıqdan sonra açıqlanacaq və namizədlər nəticələrlə Elektron Hökumət sistemi vasitəsilə tanış ola biləcəklər.

 

İmtahan nəticələri ilə bağlı şikayətlər isə Nazirliyin “itiraz.meb.gov.tr” saytı vasitəsilə qəbul ediləcək.

Chosen
67
azedu.az

1Sources