EN

“Tariflərin hansı əsaslarla formalaşdığına dair müddəa əlavə olunmalıdır”

“Tariflərin müəyyən olunması qaydalarına onların hansı iqtisadi əsaslarla formalaşdığına dair qısa və izahlı bir müddəanın əlavə olunmasını zəruri hesab edirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Azəriqaz” İB-in baş direktoru Azər Məmmədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Qaz təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Bu cür dəqiqləşmə sistem operatorlarının infrastrukturun istismarı və inkişafı üzrə öhdəliklərini uzunmüddətli və dayanıqlı şəkildə yerinə yetirməsi üçün tələb olunan kapital qoyuluşları və riskə uyğun gəlir marjasının hüquqi əsasını möhkəmləndirər. Eyni zamanda, tarif formalaşmasının qurumlar üçün proqnozlaşdırıla bilən və etibarlı tənzimləmə mühiti formalaşdırması, şəffaflığı və qanunvericilikdə normativ müəyyənliyi gücləndirməsi prinsiplərinin aydın şəkildə göstərilməsi sektora sərmayə yatırmaq istəyənlər üçün əlavə etimad yaradar”, - deyə Azər Məmmədov bildirib.

Nuranə Daxilqızı

 
Chosen
37
qafqazinfo.az

1Sources