EN

Serj Sərkisyan II Qaregini müdafiə etdi

BAKI, 10 iyun. TELEQRAF

Ermənistanın sabiq prezidenti Serj Sərkisyan Baş nazir Nikol Paşinyanın vəzifədən getməyə çağırdığı bütün ermənilərin katolikosu II Qaregini müdafiə edib.

Teleqraf xəbər verir ki, eks-prezident katolikosu müdafiə etmək üçün onun dediyi hər şeyə əməl edəcəklərini bildirib.

Serj Sərkisyan baş nazirin katolikosun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı bəyanatını “qəbuledilməz və biabırçılıq” adlandırıb:

“O biabırçılıqla bağlı mən hansı mövqedən çıxış etməliyəm? Aydın deyilmi ki, bu, qəbuledilməzdir? Ümumiyyətlə, bu mövzuda hər hansı söhbət qəbuledilməzdir”.

Hökumət II Qaregini uzaqlaşdırmaq üçün addımlar atacağı təqdirdə onun katolikosu müdafiə etmək üçün hərəkətə keçib-keçməyəcəyi sualına S.Sərkisyan belə cavab verib: “Biz bu məsələdə patriarxın nəsihətlərinə və mövqeyinə əməl edəcəyik”.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri bütün ermənilərin katolikosu II Qregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan II Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz.

Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və koordinasiya qrupunun yaradılmasına çağırıb.

Chosen
38
teleqraf.com

1Sources