EN

Çindən Azərbaycana turist axını: İki ölkə arasında vizanın ləğvi turizm əlaqələrinə necə təsir edəcək?

Bakı.Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq RespublikasıHökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşlarınvizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i təsdiq edib.

Belə ki, son illərdə Azərbaycan turizm potensialınıgücləndirmək və beynəlxalq bazarlarda tanıtmaq məqsədilə Çinlə sıxəməkdaşlıq edir. Xüsusilə vizasız gediş-gəliş rejiminin tətbiqi,birbaşa uçuşların artırılması və birgə turizm layihələrininreallaşdırılması bu sahənin inkişafına töhfə verməkdədir.

Bəs, bu ölkəyə Çindən turizm axınına necə təsiredəcək? Bu il Çindən Azərbaycana və Azərbaycandan Çinə nə qədərturist axını olub?

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət TurizmAgentliyindən bildirilib ki, pandemiyadan sonrakı bərpa dövründə2023-cü ildə çinli tursitlərin sayı 2022-ci ilə nisbətən 552%artaraq 23,153 nəfər çatıb:

“2024-cü il ərzində isə Azərbaycan Respublikasınasəfər edən Çin Xalq Respublikası vətəndaşlarının sayı 2023-cü ililə müqayisədə 93% artaraq 44.798 nəfər olub. 2025-ci ilinyanvar-may ayları ərzində Azərbaycana səfər edən Çinvətəndaşlarının sayında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə68% artım müşahidə olunur. 2024-cü il ərzində Azərbaycana səfəredən Çin vətəndaşlarının 90%-i turizm məqsədilə səyahət edib.Çinlilərin Azərbaycan daxilində ən çox səfər etdikləriistiqamətlərdən Bakıda tarixi və müasir memarlıq məkanları,mədəniyyət obyektləri, Şəkidə tarixi abidələr, xüsusilə Şəki XanSarayı və qədim karvansaraylar, Şamaxıda tarixi abidələrdən DiriBaba türbəsi və Cümə məscidi, İsmayıllıda Lahıc, Qəbələdə isə Nickəndini qeyd etmək olar. Çinli turistlərin Azərbaycanda vəümumiyyətlə xarici səfərlərdə maraq göstərdikləri sahələri bir neçəəsas qrupda toplamaq olar ki, buraya mədəni və tarixi təcrübələr(milli mədəniyyət və tarixi abidələr, qədim şəhərlər, mədəni irsməkanları, muzeylər, UNESCO-nun dünya irsi siyahısına daxil olanyerlər), təbiət və açıq hava təcrübələri (dağ mənzərələri, milliparklar, kənd həyatı ilə tanışlıq), şəhər turları və alış-verişkimi istiqamətlər qeyd oluna bilər. Çinli turistlər adətənsəfərlərini uzunmüddətli planlaşdırır və bir səfərdə bir neçəşəhəri və ya ölkəni ziyarət etməyə üstünlük verirlər”.

Bildirilir ki, 2025-ci il aprelin 23-də Pekinşəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Çin XalqRespublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malikvətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”imzalanıb:

“Hazırda Çin Xalq Respublikasından AzərbaycanRespublikasına Pekin (AZAL) və Urumçi (China Southern Airlines)şəhərlərindən həyata keçirilən həftəlik uçuşların sayı 5-ə çatır.2024-cü ildə Çindən Azərbaycana 240 reys həyata keçirilib. Ötən 2il ərzində Çinlə turizm sahəsində əməkdaşlığı genişləndirmək vəçinli turistlər arasında ölkəmiz haqqında məlumatlılığı artırmaqməqsədilə bir sıra təbliğat və tanıtım tədbirləri həyata keçirilib.15 noyabr 2023-cü il tarixində Azərbaycan Turizm Bürosu ilə Çinintanınmış onlayn səyahət platforması "Qyer.com" arasında daəməkdaşlığa dair ikitərəfli memorandum, 24 sentyabr 2024-cü iltarixində "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Turizm Bürosuvə “Trip.com Group” arasında üçtərəfli Anlaşma Memorandumuimzalanıb. Memoranduma əsasən, Azərbaycanı çinli turistlər üçüncəlbedici istiqamət kimi tanıda biləcək “C-trip” platformasındanaktiv şəkildə istifadə edilməsi nəzərdə tutulur. Azərbaycan TurizmBürosunun təşkilatçılığı ilə 2023-cü ildə Pekin şəhərində keçirilən“COTTM 2023” sərgisində, 2024-cü ildə Quançjou şəhərində keçirilən“GITF 2024” - Quançjou Beynəlxalq Turizm Sərgisində ölkəmizinturizm imkanları nümayiş etdirilib. Eləcə də 18-24 sentyabr 2024-cüil tarixlərində Şençjen, Şanxay, Çenqdu və Pekin şəhərlərindəsilsilə təqdimat tədbirləri keçirilib və sənaye nümayəndələriarasında qarşılıqlı əməkdaşlıq görüşləri təşkil edilib. 2024-cü ilərzində Çin Xalq Respublikasında fəaliyyət göstərən turizmşirkətləri ilə mütəmadi görüşlər təşkil edilib və ölkəmizin turizmimkanları barədə təqdimatlar keçirilib”.

Qeyd edilir ki, həmçinin çinli turistlər arasındaAzərbaycanın turizm imkanları haqqında məlumatlılığı artırmaqməqsədilə Çinin əsas sosial media platformaları olan “Wechat” və“Weibo”, həmçinin “Qyer”, “Qunar” və “C-trip.com” onlayn turizmplatformalarında ölkəmizin turizm destinasiyası kimi təbliğatıaparılıb, çinli blogerlərin ölkəmizə səfəri təşkil edilib.

“2025-ci il ərzində Azərbaycan turizminin Çindətəbliği istiqamətində bir sıra təbliğat layihələri planlaşdırılıb.“WeChat” və “Douyin” sosial media platformaları, eləcə də “Weibo”,“C-trip”, “Fliggy” və "China Tourism Group" (CTG) platformaları ilətərəfdaşlıq çərçivəsində ölkəmizin turizm destinasiyası kimitanıdılması nəzərdə tutulub. 27-29 may 2025-ci il tarixlərindəŞanxay şəhərində keçirilən “ITB China” beynəlxalq turizm sərgisindəölkəmiz milli stendlə iştirak edib.

Bununla yanaşı, cari il ərzində qabaqcıl mediaplatformalarında tanıtım kampaniyalarının keçirilməsi, habeləÇindən media nümayəndələri və blogerlərinin Azərbaycana tanışlıqsəfərlərinin təşkili, turizm şirkətləri arasında Azərbaycanınturizm destinasiyası kimi tanıdılması məqsədilə Çinin bir neçəşəhərində silsilə tədbirlərin təşkili nəzərdə tutulur", - qurumdanəlavə olunub.

Məqalədə:
Chosen
52
az.trend.az

1Sources