EN

Avropa İttifaqı Rusiyaya qarşı daha sərt sanksiyalar hazırlayır

Bakı. Trend:

G7 (Böyük Yeddilər) ölkələrinin zirvə toplantısı ərəfəsindəAvropa İttifaqı Rusiyaya qarşı sayca 18-ci sanksiyalar paketiniqəbul etməyə hazırlaşır.

Trend xarici KİV-əistinadən xəbər verir ki, yeni təkliflərdə Rusiyanın enerjidaşıyıcılarına qarşı məhdudlaşdırıcı ölçülər, o cümlədən Rusiyaneftinin qiymət tavanına yenidən baxılması nəzərdən keçirilir.

Məlumata görə, sanksiyalar Avropa biznesinə “Şimal Axınları” iləbağlı hər hansı əməliyyatlara qadağa, qiymət tavanına riayətetməyərək neft daşıyan 77 tankerinin qara siyahıya salınması,Rusiya nefti üçün qiymət tavanının 60 dollardan 45 dollaraendirilməsi, daha 22 bankın qara siyahıya salınaraq Aİ ilə maliyyəəməliyyatlarına tam qadağa qoyulması, həmçinin Rusiyaya ikilitəyinatlı məhsulların və texnologiyaların ixracına yeniməhdudiyyətlərin tətbiqini əhatə edəcək.

“Biz Rusiyaya təzyiqi artırmaq üçün yeni güclü sanksiyalartətbiq edəcəyik. 18-ci paket çərçivəsində məhdudiyyətlər əsasənneft və bank sektorlarına təsir edəcək” - deyə AvropaKomissiyasının sədri Ursula fon der Lyayen bildirib.

Məqalədə:
Chosen
38
2
az.trend.az

3Sources