EN

AbzasMedia işi üzrə məhkəmədə vəkillər jurnalistlərə bəraət istədi

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Abzas Media” işi üzrə həbsdə olan 7 jurnalistin məhkəməsi yekunlaşır.

Bizimyol.info xəbər verir ki, iyunun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər.

Əvvəlki iclasda prokuror jurnalistlərdən Ülvi Həsənli, Hafiz Babalı və Fərid Mehralızadənin hərəsinin 12 il, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova və Elnarə Qasımovanın isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Müdafiə tərəfi isə jurnalistlərin onlara verilmiş ittihamlarla əlaqələrinin olmadığını deyib. Vəkillər bildirib ki, onlar jurnalist fəaliyyətlərinə görə cəzalandırılırlar.

Hər bir vəkil hüquqlarını nüdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılması məhkəmədən xahiş edilib.

Təqsirləndirilən şəxslər məhkəmədən son söz üçün vaxt istəyib. Hakim onlara hazırlaşmaq üçün 10 gün vaxt verib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Məhkəmə prosesi iyunun 20-də davam edəcək.

Jurnalistlərə qarşı Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1, 320.2 (sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə) maddələrilə ittiham irəli sürülüb.

Onlar bu ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
73
bizimyol.info

1Sources