Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyunun 10-da Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün bu ölkədə səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədovla görüşüb.
Teleqraf xəbər verir ki, görüş zamanı Əli Əsədov Özbəkistan liderinə Prezident İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb.
İki ölkə arasında dostluq, strateji tərəfdaşlıq və ittifaq münasibətlərinin daha da genişləndirilməsi və möhkəmləndirilməsi ilə bağlı aktual məsələlər müzakirə edilib.
İqtisadi əməkdaşlıq ili çərçivəsində birgə səmərəli işlərin həyata keçirildiyi məmnunluqla qeyd olunub.
Əldə olunmuş razılaşmaların icrasına nəzarət etmək və gələcək yüksək səviyyəli görüş üçün yeni təşəbbüsləri irəli sürmək məqsədilə hökumətlər səviyyəsində yaxından praktik əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.