EN

Adil Şükürov yenidən "Kəpəz"də

Adil Şükürov “Kəpəz”in yeni baş məşqçisi təyin olunub.

"Football-plus.az" xəbər verir ki, təcrübəli mütəxəssislə 2 illik müqavilə imzalanıb.

O, 2023-cü ilin noyabrından 2024-cü ilin avqustuna kimi olan dövrdə "sarı-göylər"i çalışdırıb.

Şükürov komandada futbolçu qismində də çıxış edib. O, 1999/2000-ci illər mövsümündə "Kəpəz"in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, ölkə kubokunu başı üzərinə qaldırıb.

Chosen
75
6
football-plus.az

10Sources