EN

Xarici diplomatlar üçün təlim proqramına start verilib (FOTO)

Bakı. Trend:

10 iyun tarixində Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyətgöstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa YardımAgentliyi (AIDA) və ADA Universitetinin birgə əməkdaşlığı ilə“Əcnəbi diplomatlar üçün diplomatik xidmət təkmilləşdirmə proqramı(AFSP)” təliminə start verilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, illikəsasda keçirilən proqram beynəlxalq səviyyədə insan kapitalınıninkişafı, Azərbaycanın təbliğatı və əməkdaşlığın gücləndirilməsiməqsədini daşıyır.

Cari ildə əsasən Asiya, Afrika, Latın Amerikası, Sakit okean vəŞərqi Avropa regionalarından olmaqla 27 ölkədən 30 xarici diplomatproqramda iştirak edir.

Açılış tədbirində çıxış edən AIDA-nın rəisi Elməddin Mehdiyevxarici diplomatlara proqramın məqsəd və əhəmiyyəti barədə məlumatverərək, Azərbaycanın yeni donor ölkəsi kimi beynəlxalq yardımsahəsində qazandığı nailiyyətlərdən danışıb.

ADA Universiteti adından çıxış edən İxtisasartırma proqramınınrəhbəri və Akademik işlər üzrə prorektorun müşaviri Aygün Hacıyevaproqramın məzmunu və ADA Universiteti tərəfindən həyata keçirilənbeynəlxalq səviyyəli müxtəlif təlim proqramları haqqında genişməlumat verib.

Cari ilin 21 iyun tarixinədək davam edəcək proqramda xaricidiplomatlara ADA Universitetinin professor-müəllim heyəti və Xariciİşlər Nazirliyinin təcrübəli diplomatları, eləcə də bir sıra dövlətqurumlarının mütəxəssisləri tərəfindən müxtəlif mövzulu, o cümlədənxarici siyasət, səmərəli diplomatik fəaliyyət, enerji və iqlimdiplomatiyası, təhsil, turizm, rəqəmsal innovasiya ilə bağlı təlimvə mühazirələr təqdim olunacaq.

Bununla yanaşı, iştirakçıların bir sıra rəsmi qurum vəmüəssisələrdə tanışlıq görüşləri keçirməsi, ölkəmizin zəngin tarixivə mədəniyyəti barədə geniş məlumat əldə etməsi, habelə Şuşa vəXankəndi şəhərlərinə səfərləri nəzərdə tutulur.

Xatırladaq ki, sayca səkkizinci olan proqramda indiyədək 70-dənartıq ölkədən 120-yə yaxın diplomat iştirak edib. Cari ildəkiiştirakçılarla birlikdə təlim proqramında təmsil olunan ölkələrinsayı 90-a, iştirak edən xarici diplomatların sayı isə təxminən150-yə çatıb.

Xarici
Xarici
Xarici
Xarici
Məqalədə:
Chosen
31
10
az.trend.az

10Sources