EN

Pakistan müdafiə xərclərini 20 faiz artırır



Pakistan 2025-2026-cı maliyyə büdcəsində müdafiə xərclərini 20 faiz artırmağı qərarlaşdırıb.

Newscenter.az Pakistan mediasına istinadən bildirir ki, Hindistanla gərginliyin yüksək olduğu Pakistanda 2025-2026-cı illər üçün 62,4 milyard dollarlıq maliyyə büdcəsində müdafiə xərcləri üçün ayrılan büdcə 20 faiz artırılıb.

Pakistanın 2025-2026-cı illər üçün 62,4 milyard dollarlıq maliyyə büdcəsi təklifi paytaxt İslamabadda Milli Assambleyaya təqdim edilib.

Hindistanla yaşanan gərginlikdən sonra müdafiə xərcləri üçün ayrılan büdcə əvvəlki dövrlə müqayisədə təxminən 20 faiz artırılaraq 9 milyard dollar olaraq təyin edilib.

Mehman Mehdiyev
Chosen
52
2
newscenter.az

3Sources