
2025-ci il iyunun 10-da ADA Universiteti və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) birgə təşkilatçılığı ilə “Əcnəbi diplomatlar üçün diplomatik xidmət təkmilləşdirmə proqramı (AFSP)”na start verilib. Proqramda Asiya, Afrika, Latın Amerikası, Sakit okean və Şərqi Avropa regionlarından 27 ölkəni təmsil edən 30 diplomat iştirak edir. Təlimlərdə ADA Universitetinin professor-müəllim heyəti və Xarici İşlər Nazirliyinin təcrübəli diplomatları tərəfindən xarici siyasət, diplomatik fəaliyyət, enerji və iqlim diplomatiyası, təhsil, turizm və rəqəmsal innovasiya mövzularında mühazirələr təqdim olunur.
Proqram çərçivəsində iştirakçılar Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olmaq üçün rəsmi qurumlara səfərlər edəcək, həmçinin Şuşa və Xankəndi şəhərlərinə ziyarətlər planlaşdırılıb. AFSP proqramı 2018-ci ildən bəri həyata keçirilir və bu müddət ərzində 70-dən artıq ölkədən 120-yə yaxın diplomat iştirak edib.Ulusum.az
Diqqət Çəkənlər
Burun Dolğusu Faciəsi: Klinikanın Fəaliyyəti Dayandırıldı - FOTO
Sülh yoxsa müharibə? Nüvə danışıqları çökərsə, İsrail hücuma keçəcək
Hər Körpəyə 1000 Dollar: Yeni Maliyyə Proqramı Başlayır