EN

Bakıda tanınmış jurnalistin ayağını sındırdılar – TƏFƏRRÜAT / VİDEO

  Hərbi jurnalist Rahib Qərib yaşadığı evin yaxınlığında bir qrup naməlum şəxsin hücumuna məruz qalıb.

Referans xəbər verir ki, hadisə ilə bağlı Baku TV-yə açıqlama verən jurnalist bildirib ki, insidentlə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

“Haradansa çıxdılar və birbaşa üzərimə gəldilər. Yerə yıxıldım, qalxmağa fürsət tapmadım. İki-üç nəfər məni bir-birinə atmağa başladı. Onlardan yalnız birini xatırlayıram, digərləri yadımda deyil. Aldığım zərbələr nəticəsində topuğum çatlayıb, hazırda gipsdədir. Ayağımda da qırıq var. Hələ də dəqiq anlaya bilmirəm ki, bu hadisənin arxasında nə dayanır. Çox gözlənilməz və ağlasığmaz bir vəziyyət idi. Ümid edirəm ki, araşdırmalar nəticəsində həqiqət üzə çıxacaq”, – Rahib Qərib bildirib.

Ətraflı süjetdə:  


Chosen
47
8
referans.az

9Sources