EN

Pentaqondan Ukraynaya pis xəbər

Ukraynaya hərbi yardımın məbləği növbəti müdafiə büdcəsində azaldılacaq.

Axar.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset Konqresdə dinləmələr zamanı deyib.

O bildirib ki, hazırkı administrasiya bu münaqişəyə çox fərqli tərəfdən baxır.

“Biz inanırıq ki, danışıqlar, sülh yolu ilə nizamlanma hər iki tərəfin və millətlərimizin maraqlarına daha uyğundur”, - deyə o bildirib.

2022-ci ilin fevralından bu yana ABŞ Ukraynaya 66 milyard dollardan çox yardım edib.

Chosen
68
6
axar.az

7Sources