2026-cı il 11 iyun - 19 iyul arasında baş tutacaq Dünya Kubokuna daha bir komanda vəsiqə qazanıb. 

Offsideplus.az xəbər verir ki, Avstraliya yığması Amerika qitəsində keçiriləcək mundialda iştirak etmək hüququ əldə edib. Okeaniya təmsilçisi ardıcıl 6-cı dəfə Dünya Kubokuna yollanacaq. 

Beləliklə, turnirdə iştirak edəcək klubların sayı 11-ə çatıb. ABŞ, Meksika və Kanada yığmaları birbaşa ev sahibləri olaraq qatılacaqlar. Vəsiqəni təmin edən digər komandalar isə Yaponiya, Yeni Zelandiya, İran və Argentina, Özbəkistan, İordaniya və Cənubi Koreyadır.