Yəmənin Ənsarullah Hərəkatının Ali Siyasi Şurasının rəhbəri Mehdi əl-Məşhət Təl-Əvivdə səfirlikləri olan dövlətləri diplomatik nümayəndəliklərini daha təhlükəsiz yerə köçürməyə çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Əl-Məşhət bu çağırışı Husilər üçün hədəf ola biləcək Təl-Əvivin Yaffa bölgəsində yerləşən səfirliklərin riski ilə əlaqələndirib. O, İsrail hökumətini səfirliklərin təhlükəsizliyini təmin etmək üçün onların köçürülməsini təmin etməyə çağırıb.