EN

Qazaxıstan böyük fəlakətdən son anda qurtuldu

Qazaxıstanın Manqistau vilayətində Tenge yatağında qaz sızması baş verib,

Publika.az xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Departamentinin (DES) mətbuat xidməti məlumat yayıb.

““Təngə” yatağında №553 nömrəli quyunun qazılması zamanı “Petro NeftQazServis” podratçı şirkəti tərəfindən qaldırma işləri aparılarkən qaz paketi və qazma məhlulunun (yanğınsız) püskürməsi baş verib. Quyunun başı hermetikləşdirilib”, - idarənin məlumatında deyilir.

Fövqəladə Hallar Departamentindən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə qəza kimi qiymətləndirilir. Eyni zamanda, Mangistau vilayətinin Ekologiya Departamenti bəyan edib ki, təhlillər metan konsentrasiyasının icazə verilən maksimal konsentrasiyasını keçdiyini göstərib.

Chosen
65
publika.az

1Sources