Bakının Azadlıq prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
News24 az APA-ya istinadən xəbər verir ki, "Canqan A05" markalı minik avtomobili motosikletlə hərəkətdə olan kuryeri vurub. Hadisə nəticəsində motosikletin sürücüsü ağır bədən xəsarətləri alıb.
Əraziyə dərhal polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralı xəstəxanaya çatdırılıb.