EN

Bu 4 qida qaraciyəri təmizləyir

Bədənin ən vacib detoks orqanı olan qaraciyər sağlamlığımıza birbaşa təsir edir. Bəs qaraciyəri qoruyan və onu toksinlərdən təmizləməyə kömək edən 5 əsas qida hansılardır?

Ölkə.az milli.az-a istinadən qaraciyər dostu 5 güclü qidanı təqdim edir:

Qəhvə

Günü bir fincan qəhvə ilə başlamağın qaraciyər üçün də faydalı olduğu sübut edilib. Araşdırmalar göstərib ki, gündə 3-4 fincan qəhvə içmək qaraciyər serrozuna tutulma riskini azaldır və qaraciyər fermentlərini tarazlayır. Antioksidant tərkibi sayəsində qaraciyərdə yağ və kollagen yığılmasının qarşısını alır.

Yaşıl çay

Antioksidantlarla zəngin olan yaşıl çay, xüsusilə alkoqolla əlaqəsi olmayan piylənmiş qaraciyər xəstəliyində (NAFLD) ALT və AST ferment səviyyələrini azalda bilər. Ancaq yaşıl çay əlavələrinin (kapsul şəklində olanların) qaraciyərə zərər verə biləcəyi nəzərə alınmalı və ehtiyatla qəbul edilməlidir.

Üzüm

Qırmızı vÉ™ bÉ™növÅŸÉ™yi üzüm, xüsusilÉ™ çərdÉ™kli halda yeyildikdÉ™, qaraciyÉ™r iltihabını azalda vÉ™ hüceyrÉ™ zÉ™dÉ™lÉ™nmÉ™sinin qarşısını ala bilÉ™r. Heyvanlar üzÉ™rindÉ™ aparılan tÉ™dqiqatlar üzüm ekstraktının qaraciyÉ™rÉ™ müsbÉ™t tÉ™sir etdiyini göstÉ™rib, amma insanlarla baÄŸlı daha çox elmi iÅŸÉ™ ehtiyac var.

Zeytun yağı

Zeytun yağı sağlam yağlar arasında önə çıxır. Xüsusilə Aralıq dənizi tipli qidalanmada mühüm yerə sahib olan bu yağ qaraciyərdə yağ yığımını azalda və ferment səviyyələrini yaxşılaşdıra bilər.

Bu qidaları düzgün və balanslı şəkildə gündəlik rasiona əlavə etməklə qaraciyərin yükünü yüngülləşdirmək və onu toksinlərdən qorumaq mümkündür.

Chosen
2
4
olke.az

5Sources