Dünya bazarlarında neftin qiyməti cüzi azalıb.
"APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin avqust müqaviləsinin dəyəri 0.15% azalaraq 1 barelə görə 66,77 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyul ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0.05% artaraq 64,95 ABŞ dollarına bərabər olub.