EN

Güləşçilərimizdən 1 qızıl, 2 bürünc medal


Skopyedə U17 Avropa çempionatı davam edir. İkinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib. Azərbaycan təmsilçilərindən Qurban Məcnunov (48 kq) yunanıstanlı Nikolaos Zinisanı 4:1 hesabıyla məğlub edərək bürünc medal qazanıb.

Nicat Yeylaqaliyev (80 kq) isə isveçli Yens Abrahamssona tam üstünlüklə (10:0) qalib gələrək eyni uğuru təkrarlayıb.

Günün son qarşılaşmasında Rihad İbrahimli (110 kq) finalda bolqarıstanlı Denis Lazarovla üz-üzə gəlib. İlk hissəni minimal fərqlə öndə tamamlayan Rihad fasilədən sonra rəqibini tam üstələyib. O, “tuş”la qələbə qazanaraq Avropa çempionu olub. Beləliklə, millimiz qitə birinciliyinə 1 qızıl və 2 bürünc medalla start verib.

Mətləb

Chosen
77
11
baki-xeber.com

10Sources