EN

Dünya nüvə məhvi astanasındadır – ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri

ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Tulsi Qabbard bəyan edib ki, hazırda dünya nüvə münaqişəsi və bunun nəticəsində insanlığın məhvi təhlükəsi ilə üz-üzədir.

Tribunainfo.az xəbər verir ki, bu barədə o, şəxsi “YouTube” kanalında yayımlanan çıxışı zamanı danışıb.

“Bu gün biz nüvə məhvinə hər zamankından daha yaxınıq,” – deyə Qabbard bildirib.

Onun sözlərinə görə, siyasi elita və müharibə tərəfdarları məsuliyyətsiz şəkildə nüvə dövlətləri arasında qorxu və gərginlik toxumu səpməklə təhlükəni daha da artırırlar.

Chosen
49
4
tribunainfo.az

5Sources