EN

Burun dolğusu etdirən qadının səhhətində ciddi problemləryaranıbŞİKAYƏT/VİDEO

Burun dolğusu etdirdikdən sonra, burnumda və səhhətimdə ciddi fəsadlar yarandı. Mədəmdə problemlər, dərimdə göbələk yarandı, hətta bir gözüm görmürdü”.

Bu sözləri “Xəzər Xəbər”ə açıqlamasında Nərmin İsmayılova deyib.

Xezerxeber.az-ın məlumatına görə, o iddia edir ki, ötən ilin sonlarında "Laser Beauty Klinikası"nın estetik kosmetoloqu Rəna Soltanovaya burun dolğusu üçün müraciət edib. Elə hadisə də bundan sonra başlayıb.

Zərərçəkən deyir ki, bundan sonra həkim xarici ölkəyə səfər edəcəyini, problemlə bağlı köməkçiləri ilə əlaqə saxlamalı olduğunu bildirib. Şikayətçi iddia edir ki, burun dolğusundan sonra təkcə burnunda yox, digər orqanlarında da problemlər yaranıb.

Məsələ ilə bağlı “Laser Beauty Klinikası” ilə əlaqə saxladır.

Klinikadan “Xəzər Xəbər”ə belə deyildi: “Bu, ilk dəfə deyil və bu kimi böhtanlar başımıza gəlir və həmin xanım haqqında polisə müraciət olunacaq. Qanun üzrə bu yaydığı yanlış məlumata görə məhkəmə qarşısında onunla danışacağıq. Qanun üzrə ekspertə göndərəcəyik və yaydığı bu yanlış məlumata görə qanun üzrə cəzasını çəkəcək”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən "Laser Beauty Estetik Klinikası"nda aparılan yoxlamalar zamanı bir sıra qanun pozuntuları aşkarlanıb. Bundan əlavə, klinikanın lisenziyasız fəaliyyət göstərməsi və qeyri-peşəkar işçilərin tibbi prosedurlar həyata keçirməsi kimi ciddi qanun pozuntuları da müəyyən edilib. Bu hallar nəticəsində klinikanın fəaliyyəti dayandırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
28
xezerxeber.az

1Sources