Rusiyanın Tu-160 strateji raketdaşıyıcılarından bəziləri Engels şəhərinin (Saratov vilayəti - red.) yaxınlığındakı aerodromdan Anadır yaxınlığındakı (Çukotka - red.) hərbi aerodromda yerləşdirilib.
Herbiand.az bildirir ki, bu barədə Military Watch Magazine (MWM) peyk görüntülərinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Ukraynadan 6600 kilometrdən çox məsafədə yerləşən Anadır bazasında ən azı iki təyyarə müşahidə edilib.
Məqalə müəllifləri qeyd ediblər ki, hətta belə uzaq mövqedəndə Tu-160 bombardmançıları silahlandığı X-101/102 raketləri sayəsində Ukrayna ərazisindəki hədəfləri vurmağa qadirdir. Bu raketlərin uçuş məsafəsi 5 min kilometrdir.
Bəxtiyar CƏFƏRLİ