“ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərdəki problemlərin həlli üçün danışıqlar Moskvada baş tutacaq”.
Missiya.Az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dəki yeni səfiri Aleksandr Darçiyev “TASS”a müsahibəsində deyib.
"Rusiya-Amerika münasibətlərini bərpa etmək üçün hələ çox uzaqdayıq", - deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, Rusiya ilə yaxınlaşmaya ABŞ-nin dərin dövləti və Konqresdəki anti-Rusiya nümayəndələri imkan vermir.
“Təsdiq edə bilərəm ki, nümayəndə heyətləri arasında növbəti danışıqlar yaxın vaxtlarda Moskvada keçiriləcək”, - deyə Darçiyev əlavə edib.
Daşqın HəsənovMissiya.Az