EN

15 yaşa qədər uşaqlar üçün sosial media qadağan olunacaq

Fransa Prezidenti Emmanuel Makron, Aİ səviyyəsində irəliləyiş əldə olunmazsa, Fransada 15 yaşdan kiçik uşaqlar üçün sosial medianı “yaxın aylarda” qadağan edəcəyini söyləyib.

Editor.az bildirir ki, bu barədə “Politico” xəbər verir: “Biz gözləyə bilmərik” deyən Makron Fransa 2-də Haute-Marne şəhərində 14 yaşlı oğlanın çantasını yoxlama zamanı 31 yaşlı müəllimi bıçaqlayaraq öldürməsindən sonra deyib. Fransa prezidenti həmçinin internetdə bıçaq satan saytlarda yaş yoxlamasının tezliklə tətbiq ediləcəyini açıqlayıb. “15 yaşlı bir uşaq daha onlayn bıçaq ala bilməyəcək. Bu o deməkdir ki, biz genişmiqyaslı maliyyə sanksiyaları və qadağalar tətbiq edəcəyik”, – deyə o söz verib.
Emmanuel Macron daha sonra yazıb: “Mən 15 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan edirəm. Platformalarda yaş yoxlaması var. Gəlin bunu edək”.

//Samir Qurbanov, Editor.az

Chosen
56
1
editor.az

2Sources