EN

Şəmkirdə ağır qəza: ölən var

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, azyaşlı xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Chosen
28
12
axar.az

10Sources