EN

Sabah Tacikistanda “SOGD-2025” beynəlxalq ticarət sərgisi açılacaq

Yazını böyüt
Yazını kiçilt

İyunun 12-dən 14-dək Tacikistanın Xucənd şəhərində “Suqd-2025” Beynəlxalq Ticarət Sərgisi, həmçinin Ticarət və İnvestisiya İmkanları və Regionun İnkişafı Perspektivləri Forumu keçiriləcək.

Hafta.az-ın “Xovar”a istinadən yazdığına görə, bu barədə Xucənd Şəhər İcra Hakimiyyəti məlumat verib.

Sərginin məqsədi beynəlxalq ticarətin dəstəklənməsi, ixrac potensialının artırılması, yaxın və uzaq xarici ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, investisiyaların cəlb edilməsi, yeni texnologiyaların tətbiqi, region dövlətləri ilə beynəlxalq maliyyə təşkilatları arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsidir.

“Suqd-2025” Beynəlxalq Ticarət Sərgisi müxtəlif layihələrin təqdimatı, müzakirəsi, işlənib hazırlanması və həyata keçirilməsi üçün səmərəli platformaya çevriləcək. Tədbir çərçivəsində Tacikistanın istehsal şirkətləri və müəssisələri geniş çeşiddə məhsullar təqdim edəcək, həmçinin yeni bazarlara çıxmaq məqsədilə inkişaf tərəfdaşları ilə əməkdaşlıq müqavilələri imzalayacaqlar.

Chosen
25
hafta.az

1Sources