EN

Paşinyanın xanımı Çinə 2 illik təhsilə gedir


“Mənim addımım” Fondunun icraçı direktoru, Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan sentyabrda Pekin Universitetində Çin fəlsəfəsi üzrə iki illik magistr proqramı üzrə təhsil almaq üçün Çinə gedəcək. Bu barədə My Step Foundation məlumat yayıb. “Proqram ingilis dilində tədris olunur və Çin fəlsəfi təlimlərinin, etikasının və siyasi nəzəriyyəsinin hərtərəfli öyrənilməsini əhatə edir. “Son səfərim zamanı Çində olarkən və insanların bu qüdrətli dövlətdə necə yaşadıqlarını görəndə düşündüm ki, bizim bir çox problemlərimizin səbəbi məhz təhsil problemidir ”, - bu fikirləri Akopyan “Təhsil dəbdədir” hərəkatı çərçivəsində silsilə görüşlər zamanı qeyd edib.
Həyatın daimi yoldaşı kimi təhsil (ömür boyu öyrənmə), məhz bu baxımdan Akopyan ötən il “Təhsil dəbdədir” hərəkatının təşəbbüskarı olub, hazırda hərakatın 8 minə yaxın iştirakçısı var və Ermənistanın 19 icmasında görüşlər keçirməyə nail olub. Hərəkatın məqsədi təhsili Ermənistanın ən ucqar kəndlərində yaşayan insanlar üçün belə əlçatan etməkdir.

Surxay Əliyev

Chosen
50
baki-xeber.com

1Sources