EN

Göyçə mahalında qaz partladı: 2 ölü var - 3 nəfər axtarılır – FOTO

11 iyun 2025-ci il tarixində Ermənistanın Göyçə mahalında (Geğarkunik vilayəti), Çəmbərək rayon mərkəzində yerləşən yaşayış binasında qaz partlayıb. Nəticədə güclü yanğın olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
 

Mənbə qeyd edir ki, hadisə zamanı 2 nəfər həlak olub.


Hazırda itkin düşmüş daha üç nəfərin axtarışları davam etdirilir.

Ərazidə xilasedicilər, yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.

Qeyd edək ki, Çəmbərək rayonu (keçmiş Krasnoselo rayonu) 1988-ci ilə qədər əsasən azərbaycanlı əhalinin yaşadığı bölgələrdən biri olub. Bu ərazidə minlərlə azərbaycanlı ailəsi əsrlərlə məskunlaşıb, kənd təsərrüfatı və ticarətlə məşğul olub. Lakin 1988-ci ildə Ermənistanla Azərbaycan arasında baş verən etnik qarşıdurmalar və “Dağlıq Qarabağ” münaqişəsinin başlanması nəticəsində, burada yaşayan azərbaycanlılar kütləvi şəkildə ata-baba yurdlarını tərk etməyə məcbur olub, mühacirət dalğası nəticəsində ərazi monoetnik erməni yaşayış məntəqəsinə çevrilib.







Bizim.Media

Chosen
67
2
bizim.media

3Sources