EN

Tramp etiraz aksiyasında Amerika bayrağını yandıranlara 1 il həbs cəzası təklif edib

ABŞ prezidenti Donald Tramp Şimali Karolinadakı Fort Bragg bazasında keçirilən mərasimdə Los-Ancelesdəki hadisələri və gündəmi dəyərləndirib.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Tramp Los-Ancelesdəki hadisələrin qəbuledilməz olduğunu və əyalət hökumətinin səriştəsiz olduğu üçün asayişi bərpa etmək üçün hərəkətə keçdiyini bildirib.

Nümayişçilərin əksəriyyətinin pul üçün zorakılığa əl atdığını iddia edən Tramp qeyd edib: "Onlar qürurla başqa ölkələrin bayraqlarını daşıyırlar, amma Amerika bayrağını daşımırlar. Sadəcə onu yandırırlar. Amerika bayrağını yandıranlar 1 il həbs cəzası almalıdır" dedi.

 

Chosen
45
operativmedia.az

1Sources