EN

Almaniyadakı Azərbaycan diasporunun təşəbbüsü ilə boks turniri keçirilib (FOTO)

Bakı. Trend:

28 May – Müstəqillik Günü münasibətilə Almaniyanın Şvelmşəhərində “SFIT – PROVE YOURSELF” adlı boks və K1-kikboksinqturniri keçirilib.

Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, turnir Azərbaycan Respublikasının Diasporla İşüzrə Dövlət Komitəsinin dəstəyi, Almaniyadakı Azərbaycandiasporunun və “Fight Club Stolz” boks klubunun təşəbbüsü ilə baştutub.

Yarışın əsas məqsədi soydaşlarımız arasında həmrəyliyin vəbirliyin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi, eləcə dəmultikultural cəmiyyətlər arasında dostluq və əməkdaşlığın inkişafetdirilməsi olub.

Turnirə Azərbaycan, Almaniya, Albaniya, Türkiyə, Polşa və digərölkələrdən 60-dan çox idmançı qatılıb. Onlar müxtəlif yaş və çəkidərəcələrində ümumilikdə 27 qarşılaşmada güclərini sınayıblar.

Azərbaycanı böyüklər arasında 60 kq çəki dərəcəsində təmsil edənİzzət Aslanov birinci yerə layiq görülüb.

Qaliblərə medal, kubok və xüsusi mükafatlar təqdim edilib.

Yarışı Almaniyanın Xristian-Demokratik Birliyi (CDU)Partiyasının nümayəndələri, müxtəlif idman klublarının rəhbərləri,diaspor təşkilatlarının təmsilçiləri və çoxsaylı idmansevərlərmaraqla izləyiblər.

Almaniyadakı
Almaniyadakı
Almaniyadakı
Almaniyadakı
Chosen
18
5
az.trend.az

7Sources