EN

Türkiyədə Böyükşəhər Bələdiyyə sədrinin ölümü ilə bağlı iki nəfər saxlanılıb

ain.az, Azertag portalına istinadən məlumat yayır.

İstanbul, 11 iyun, Günel Karatepe, AZƏRTAC

Cərəyan vurması nəticəsində həyatını itirən Türkiyənin Manisa Böyükşəhər Bələdiyyəsinin başçısı Ferdi Zeyrekin ölümü ilə bağlı istintaq başladılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.

Qeyd edilib ki, Manisa Respublika Prokurorluğu tərəfindən başlanan istintaqa bir baş prokuror müavini və iki prokuror təyin olunub, bu günədək 12 nəfərin ifadəsi alınıb və iki nəfər saxlanılıb.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Bundan əlavə, istintaq elektrik və mühərrik mühəndislərindən ibarət ekspert heyəti tərəfindən də əhatəli şəkildə davam etdirilir.

Xatırladaq ki, bələdiyyə sədrini bir müddət əvvəl evinin hovuz bölməsində elektrik cərəyanı vurub. Xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilən Zeyrekin həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
55
5
azertag.az

7Sources